NEW EARTH // BOLERO X

← Bütün proqram

Şahar Binyamini

NEW EARTH // BOLERO X

Tarix
05 - 06 Noyabr
Saat
20:00
Məkan
Akademik Milli Dram Teatrı
Müddət
təxminən 96 dəqiqə (antrakt ilə)
Yaş həddi
18+ // Valideyn və ya qəyyumun müşayiəti ilə 12 yaşdan yuxarı qonaqların girişinə icazə verilir
Şahar Binyamini

Yenidən başlamaq mümkündürmü? Biz bu dəyişən dünyada necə yaşamalıyıq? “New Earth” rəqs tamaşasının əsasında məhz bu suallar dayanır.

Moris Ravelin məşhur “Boléro” əsəri Şahar Binyamininin “Bolero X” tamaşasında yeni xoreoqrafik interpretasiya qazanır.

New Earth

Məlum amillərdən naməlum üfüqlərə doğru irəliləyən Şahar Binyamini bizi torpağa, bir-birimizə və ətraf aləmə bağlayan amilləri araşdırır.

Hərəkət, ritm və fiziki hissiyyat bizim təbiət ilə bağlılığımızı ifadə edərək sərhədləri aradan qalxır. Tamaşanın ana xəttini yenilənmə mövzusu, yəni hərəkət sayəsində həm özümüzə, həm də başqalarına və yaşadığımız dünyaya olan münasibəti dəyişmək imkanı təşkil edir.

“New Earth” İsrailin Beer-Şeva şəhərində fəaliyyət göstərən “House of Dance” rəqs mərkəzi ilə əməkdaşlıq çərçivəsində hazırlanıb.

Bolero X

Burada xoreoqraf təkrarın gücünü və 1928-ci ildə yazılmış musiqinin müasir rəqs ilə vəhdətindən doğan yeni mənaları araşdırır.

Səhnədə 30 ifaçı “Bolero X” rəqsini fiziki gücün təntənəsinə çevirir. Bu tamaşa hər birimizi unikal edən və eyni zamanda, bizi bir araya gətirən enerjinin tərənnümüdür.

“Bolero X” rəqs tamaşası “House of Dance” (Beer-Şeva, İsrail) və Sürix İncəsənət Universiteti (İsveçrə) ilə əməkdaşlıq çərçivəsində yenidən səhnələşdirilib.

Bilet al →

Qalereya

Treyler

Yaradıcı heyət

Xoreoqraf

Shahar Binyamini

Əməkdaşlıq

House of Dance, Be’er Sheva, Israel

Kreditlər

NEW EARTH

Shahar Binyamini — Xoreoqrafiya, rejissorluq, konsepsiya, kostyum və səhnə tərtibatı
Vessel | Piris Eliyahu | Mohammad Reza Mortazavi | Ahuva Ozeri | Tai Rona | Mark Eliyahu — Musiqi
Ofer Laufer — İşıq tərtibatı və texniki rəhbərlik
Rəqqaslar — Naor Walker, Roni Milatin, Ziv Bashor, Tom Nissim, Shaked Werner, Khaveevyah Hercules, Elia Magnazi, Nuri Ron-Shitrit.

BOLERO X

Shahar Binyamini — Xoreoqrafiya, bədii rəhbərlik və kostyum dizaynı
Boléro, M.81 | Berlin Filarmoniya Orkestri | Pierre Boulez — Musiqi
Ofer Laufer — İşıq tərtibatı və texniki rəhbərlik
Rəqqaslar — Naor Walker, Roni Milatin, Ziv Bashor, Tom Nissim, Shaked Werner, Khaveevyah Hercules, Elia Magnazi, Nuri Ron-Shitrit

Tel-Əvivdəki Ironi Alef İncəsənət Liseyinin, Ga'atondakı Hasadna Rəqs Hazırlığı Proqramının və Azərbaycandan olan rəqqasların iştirakı ilə.

Photography: Askaf Avraham