Məkanlar

Azərbaycan Dövlət Akademik Musiqili Teatrı

Azərbaycan Dövlət Akademik Musiqili Teatrı

Ölkənin aparıcı musiqi teatrlarından biri və Bakının əsas mədəni səhnələrindən. Teatrın tarixi 1910-cu ildə Ü. Hacıbəyovun «O olmasın, bu olsun» əsərinin — ilk Azərbaycan musiqi komediyasının premyerası ilə başlayıb. O vaxtdan teatr janrın inkişaf mərkəzinə çevrilərək musiqi, vokal, dram və rəqsi birləşdirir.

2012-ci ildə tam yenidənqurmadan sonra açılmış müasir bina bütün beynəlxalq standartlara cavab verir. Bu gün burada dünyanın hər yerindən tamaşaçıları cəlb edən müzikllər, premyeralar, konsertlər və festivallar keçirilir.

Azərbaycan Dövlət Akademik Milli Dram Teatrı

Azərbaycan Dövlət Akademik Milli Dram Teatrı

Ölkənin ən qədim teatrı və Bakının aparıcı mədəni səhnələrindən biri. Onun tarixi 1873-cü ildə burada ilk azərbaycanca tamaşaların göstərilməsi ilə başlayır. 1919-cu ildə neoklassik üslubda inşa edilmiş hazırkı bina paytaxtın mühüm memarlıq abidəsinə çevrilib.

Bu gün teatr milli ənənələri davam etdirərək həm klassik, həm də müasir əsərlərə yer verir. Səhnəsində Azərbaycan dramaturqlarının və dünya klassikasının əsərləri səslənir. Azdrama — yeni ideyaların doğulduğu və Azərbaycan teatr məktəbinin formalaşdığı mədəni arena.

Heydər Əliyev Sarayı

Heydər Əliyev Sarayı

Heydər Əliyev Sarayı Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyevin adını daşıyır və ölkənin ictimai-siyasi həyatında mühüm yer tutur. Saray 1972-ci ildə istifadəyə verilmişdir. Paytaxtın ən tanınmış memarlıq abidələrindən biri olan bu məkan ən nüfuzlu dövlət tədbirlərinin keçirildiyi xüsusi bir mərkəz kimi fəaliyyət göstərir.

Heydər Əliyev Sarayı Bakının mədəni həyatını yaxından hiss etmək üçün ideal məkanlardan biridir. Burada keçirilən tədbirlər vasitəsilə şəhərə gələn qonaqlar Azərbaycan musiqisi, incəsənəti və səhnə mədəniyyəti ilə canlı şəkildə tanış olmaq imkanı əldə edirlər. Sarayın şəhərin mərkəzində yerləşməsi isə turistlər üçün onu daha əlçatan edir.

Heydər Əliyev Mərkəzi

Heydər Əliyev Mərkəzi

Heydər Əliyev Mərkəzi Bakının ən möhtəşəm və müasir memarlıq nümunələrindən biridir. Azərbaycan xalqının Ümummilli lideri Heydər Əliyevin xatirəsinə həsr olunmuş bu Mərkəz ölkənin mədəni həyatında mühüm yer tutur. Mərkəzin binası dünya şöhrətli memar Zaha Hadid tərəfindən layihələndirilmişdir. Binanın dalğavarı və axıcı forması müasir memarlığın ən diqqətəlayiq nümunələrindən biri hesab olunur. Onun qeyri-adi dizaynı kəskin bucaqların olmaması və rəvan xətlərin ahəngi ilə seçilir. Bu xüsusiyyətlər tikiliyə həm estetik gözəllik, həm də özünəməxsus memarlıq üslubu bəxş edir. Heydər Əliyev Mərkəzi paytaxt Bakı şəhərinin ən möhtəşəm və müasir memarlıq obyektlərindən biridir. Azərbaycan xalqının Ümummilli lideri Heydər Əliyevin xatirəsinə həsr olunmuş Heydər Əliyev Mərkəzi ölkənin mədəni həyatında mühüm rol oynayır.

Mərkəzdə sərgi zalları, konfrans salonları, muzey bölməsi, eləcə də müxtəlif mədəni tədbirlərin keçirilməsi üçün nəzərdə tutulmuş geniş məkanlar yerləşir. Ziyarətçilər burada Azərbaycanın zəngin mədəni irsi ilə tanış olmaqla yanaşı, müasir incəsənət nümunələrini də yaxından görə bilərlər.

Nizami Kino Mərkəzi

Nizami Kino Mərkəzi

Dahi Azərbaycan şairi və mütəfəkkiri Nizami Gəncəvinin adını daşıyan Nizami Kino Mərkəzi paytaxt Bakı şəhərinin ən tanınmış kino komplekslərindən biridir. Kino mərkəzinin binası memarlar Sadıq Dadaşov və Mikayıl Hüseynovun layihəsi əsasında 1934-cü ildə inşa edilib.

Nizami Kino Mərkəzində yerli və xarici filmlər nümayiş etdirilir. Bundan əlavə, burada müxtəlif kinofestivallar, təqdimatlar, mədəni tədbirlər və kino sahəsinə həsr olunmuş xüsusi layihələr təşkil olunur. Şəhərin mərkəzində yerləşən bu kino kompleksi həm yerli sakinlər, həm də turistlər üçün rahat və cəlbedici istirahət məkanıdır. Müasir interyeri və zəngin film repertuarı ilə Nizami Kino Mərkəzi Bakının kino mədəniyyətinin mühüm tərkib hissəsi hesab olunur. Kino mərkəzinin fasadında Nizami Gəncəvinin heykəli ucaldılıb.

Müslüm Maqomayev adına Dövlət Filarmoniyası

Müslüm Maqomayev adına Dövlət Filarmoniyası

Ölkənin ən qədim teatrı və Bakının aparıcı mədəni səhnələrindən biri. Onun tarixi 1873-cü ildə burada ilk azərbaycanca tamaşaların göstərilməsi ilə başlayır. 1919-cu ildə neoklassik üslubda inşa edilmiş hazırkı bina paytaxtın mühüm memarlıq abidəsinə çevrilib.

Bu gün teatr milli ənənələri davam etdirərək həm klassik, həm də müasir əsərlərə yer verir. Səhnəsində Azərbaycan dramaturqlarının və dünya klassikasının əsərləri səslənir. Azdarma — yeni ideyaların doğulduğu və Azərbaycan teatr məktəbinin formalaşdığı mədəni arena.

Yarat Müasir İncəsənət Məkanı

Yarat Müasir İncəsənət Məkanı

YARAT Müasir İncəsənət Məkanı Azərbaycanda müasir incəsənətin aparıcı platformalarından biridir. 2011-ci ildə Bakıda təsis edilmiş bu qeyri-kommersiya təşkilatı ölkədə müasir incəsənət sahəsində yaradıcılıq fəaliyyətini dəstəkləməklə yanaşı, yerli və xarici sənətçilər arasında dialoq və təcrübə mübadiləsi üçün imkanlar yaradır. 

YARAT Müasir İncəsənət Mərkəzi sovet dövründə hərbi-dəniz donanmasına məxsus olmuş və sonradan rekonstruksiya edilmiş binada 2015-ci ildə fəaliyyətə başlamışdır. Xəzər dənizinə mənzərəsi olan bu binanın hər iki mərtəbəsində ümumi sahəsi təxminən 2.000 m2 təşkil edən sərgi məkanı yerləşir. Burada müvəqqəti sərgilər, xüsusi sifariş əsasında yaradılmış yeni əsərlər və YARAT Kolleksiyasından nümunələr sərgilənir. Həmçinin, Mərkəzdə film nümayişləri, perfomanslar və təhsil tədbirləri üçün nəzərdə tutulmuş zal fəaliyyət göstərir.

Sərgilər, perfomanslar, görüşlər, təhsil proqramları və fənlərarası layihələr sayəsində YARAT Müasir İncəsənət Mərkəzi həm Bakıda, həm də bütövlükdə regionda müasir mədəniyyətin və yaradıcı mübadilənin mühüm mərkəzlərindən birinə çevrilmişdir.

Bakı Kitab Mərkəzi

Bakı Kitab Mərkəzi

Heydər Əliyev Fondunun təşəbbüsü və dəstəyi ilə yaradılmış Bakı Kitab Mərkəzi 1 sentyabr 2018-ci il tarixindən etibarən rəsmi olaraq fəaliyyət göstərir.

Mərkəzdə Azərbaycan, rus, türk, ingilis, çin, fransız, alman, ərəb və digər dillərdə müxtəlif janrlı zəngin kitab seçimi təqdim olunur.

Ümumi sahəsi 2.500 m2 olan Mərkəzin birinci və ikinci mərtəbələrində Heydər Əliyev Fondunun nəşrləri nümayiş etdirilir. Burada, həmçinin “I Love Baku” brendinə məxsus geyimlər, habelə suvenir və aksessuarlar, eləcə də “Azərpoçt” MMC-nin məhsulları, müxtəlif dillərdə bestsellerlər, qeyri-bədii (sənədli) və klassik ədəbiyyat nümunələri, incəsənət albomları və turistlər üçün bələdçi kitabçalar təqdim olunur.

Daş Salnamə Muzeyi

Daş Salnamə Muzeyi

Dövlət Bayrağı Meydanı ərazisində yerləşən Daş salnamə muzeyi Heydər Əliyev Fondu tərəfindən yaradılıb. 8 iyun 2015-ci il tarixində Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev, ölkənin birinci xanımı, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyeva və Fondun vitse-prezidenti Leyla Əliyeva muzeylə tanış olublar.

1921-ci ildə inşa olunmuş bu muzey bir vaxtlar neft mədənlərini elektrik enerjisi ilə təmin edən stansiyanın binasında yerləşir. Muzeyin ekspozisiyası daş plastika sənətinin müxtəlif nümunələrini əhatə edir. Ekspozisiyada “Qobustan” və “Qala” qoruqlarından gətirilmiş eksponatlar ilə yanaşı, heykəltəraş Hüseyn Haqverdinin əsərləri də var. Burada heykəltəraşın “Arteriya” adlandırdığı əsərlər silsiləsi nümayiş olunur.

Gazelli Art House, Bakı

Gazelli Art House, Bakı

“Gazelli Art House” 2010-cu ildə Mila Əsgərova tərəfindən təsis edilib. Bakı, London və Nyu-Yorkda fəaliyyət göstərən qalereya modern və müasir incəsənətin müxtəlif istiqamətlərini və nəsillərini əhatə edən geniş beynəlxalq rəssam heyətini təmsil edir. Qalereyanın proqramı İkinci Dünya müharibəsindən sonrakı dövrün “pop-art” və abstrakt ekspressionizm kimi mühüm sənət cərəyanlarını təmsil edən tanınmış rəssamlardan tutmuş, rəqəmsal dövrdə incəsənət üçün yeni ifadə formaları yaradan müasir sənətçilərə qədər geniş spektri əhatə edir.

Bakının 172 Lev Tolstoy küçəsində yerləşən Gazelli Art House Baku Azərbaycan və region ölkələrinin incəsənətinə xüsusi diqqət yetirir. Məkan sərgilər, müzakirələr, nümayişlər, performanslar və digər mədəni tədbirlərə ev sahibliyi edir, yerli və beynəlxalq sənətçilər, kuratorlar və incəsənət mütəxəssisləri arasında əlaqələrin inkişafına şərait yaradır.

2015-ci ildə “Gazelli Art House”un nəzdində incəsənət və texnologiyanın kəsişməsində innovativ layihələri dəstəkləyən GAZELL.iO onlayn platforması yaradılıb. Qalereyanın Bakı məkanı beynəlxalq proqramın mühüm hissəsi olaraq Azərbaycan incəsənətini beynəlxalq auditoriyaya təqdim edir və ölkənin mədəniyyət və incəsənət mühitinin beynəlxalq əlaqələrinin genişlənməsinə töhfə verir.

Üzeyir Hacıbəyli adına Bakı Musiqi Akademiyası

Üzeyir Hacıbəyli adına Bakı Musiqi Akademiyası

1921-ci ildə dahi Azərbaycan bəstəkarı Üzeyir Hacıbəylinin təşəbbüsü və yaxından iştirakı ilə yaradılmış Bakı Musiqi Akademiyası ölkənin aparıcı musiqi təhsili və mədəniyyət ocaqlarından biridir.

Akademiya 1939-cu ildən görkəmli Azərbaycan memarları Sadıq Dadaşov və Mikayıl Hüseynovun layihələndirdiyi tarixi binada fəaliyyət göstərir. Qara Qarayev və Fikrət Əmirov kimi görkəmli bəstəkarların adı ilə bağlı olan Bakı Musiqi Akademiyası Azərbaycan klassik musiqisinin inkişafında mühüm rol oynamışdır.

1991-ci ildən görkəmli pianoçu Fərhad Bədəlbəylinin rəhbərlik etdiyi Bakı Musiqi Akademiyasında bu gün də konsertlər, ustad dərsləri və beynəlxalq musiqi tədbirləri keçirilir.

Bakı Xoreoqrafiya Akademiyası

Bakı Xoreoqrafiya Akademiyası

Bakı Xoreoqrafiya Akademiyasının tarixi 1922-ci ildə Bakıda balet studiyasının yaradılması ilə başlayır. 1929-cu ildə balet studiyası Bakı Xoreoqrafiya Məktəbinə çevrilmiş və bununla da Azərbaycanda peşəkar balet təhsilinin əsası qoyulmuşdur.

Bu təhsil ocağının adı Azərbaycanın ilk peşəkar balerinası Qəmər Almaszadə ilə sıx bağlıdır, belə ki, Qəmər xanım burada təhsil almış, sonralar isə Leyla Vəkilova və Rəfiqə Axundova kimi görkəmli rəqqaslar yetişdirmişdir. Buranın məzunları dünyanın müxtəlif aparıcı səhnələrində, o cümlədən məşhur Mariinski Teatrında çıxış etmişlər.

2014-cü ildə rəsmi şəkildə akademiya statusu almış bu balet məktəbi həm klassik balet, həm də Azərbaycanın milli rəqs ənənələrini qoruyub inkişaf etdirir. Bakının mərkəzində yerləşən akademiya rəqqas və xoreoqrafların müxtəlif nəsilləri arasında varislik yaradan mühüm mədəniyyət ocağıdır.