Baku International Arts Festival 2026

28 Oktyabr
8 Noyabr
tezliklə

Bakıda görüşənədək!

Festival haqqında

Festivalın məqsədi mədəni mübadiləni təşviq edən, müxtəlif icmaları birləşdirən və Bakının beynəlxalq mədəniyyət mərkəzi kimi mövqeyini gücləndirən platforma yaratmaqdır. Festival Heydər Əliyev Fondunun və Azərbaycan Mədəniyyət Nazirliyinin dəstəyi ilə keçirilir.

Festival proqramında teatr, musiqi, rəqs və opera ulduzları, unikal əməkdaşlıqlar, premyeralar və etnik layihələr yer alır. Festival klassika ilə müasirliyi, dünya şah əsərləri ilə Azərbaycanın mədəni irsiini birləşdirərək ənənə və innovasiya, Şərq və Qərb dialoqu üçün məkan yaradır.

Festival tədbirləri şəhərin ən yaxşı məkanlarında, o cümlədən Heydər Əliyev Mərkəzində, Müslüm Maqomayev adına Dövlət Filarmoniyasında, Azərbaycan Milli Dram Teatrında, Azərbaycan Dövlət Musiqili Teatrında və digər məkanlarda keçirilir.

Məkanlar

Müslüm Maqomayev adına Dövlət Filarmoniyası

Müslüm Maqomayev adına Dövlət Filarmoniyası

Ölkənin ən qədim teatrı və Bakının aparıcı mədəni səhnələrindən biri. Onun tarixi 1873-cü ildə burada ilk azərbaycanca tamaşaların göstərilməsi ilə başlayır. 1919-cu ildə neoklassik üslubda inşa edilmiş hazırkı bina paytaxtın mühüm memarlıq abidəsinə çevrilib.

Bu gün teatr milli ənənələri davam etdirərək həm klassik, həm də müasir əsərlərə yer verir. Səhnəsində Azərbaycan dramaturqlarının və dünya klassikasının əsərləri səslənir. Azdarma — yeni ideyaların doğulduğu və Azərbaycan teatr məktəbinin formalaşdığı mədəni arena.

Azərbaycan Dövlət Akademik Dram Teatrı

Azərbaycan Dövlət Akademik Musiqili Komediya Teatrı

Azərbaycan Dövlət Akademik Musiqili Komediya Teatrı

Ölkənin aparıcı musiqi teatrlarından biri və Bakının əsas mədəni səhnələrindən. Teatrın tarixi 1910-cu ildə Ü. Hacıbəyovun «O olmasın, bu olsun» əsərinin — ilk Azərbaycan musiqi komediyasının premyerası ilə başlayıb. O vaxtdan teatr janrın inkişaf mərkəzinə çevrilərək musiqi, vokal, dram və rəqsi birləşdirir.

2012-ci ildə tam yenidənqurmadan sonra açılmış müasir bina bütün beynəlxalq standartlara cavab verir. Bu gün burada dünyanın hər yerindən tamaşaçıları cəlb edən müzikllər, premyeralar, konsertlər və festivallar keçirilir.

BIAF könüllüsü olun

BIAF 2025 könüllü proqramı üçün müraciət müddəti başa çatıb. Müraciət edən hər kəsə təşəkkür edirik!

Seçilmiş iştirakçılarla tezliklə e-poçt vasitəsilə əlaqə saxlanılacaq.

Könüllü olmaq — unikal tədbir yaradan böyük komandanın bir hissəsi olmaq deməkdir. Könüllülük deməkdir:

  • Bütün dünyadan yeni dostlar və əlaqələr;
  • Əvəzsiz komanda işi təcrübəsi;
  • Mədəni tədbirin təşkilində içəridən iştirak imkanı;
  • Təşkilatçılardan sertifikat və minnətdarlıq

Festivali hissəsinə çevrilməyə hazır olan aktiv, məsuliyyətli və enerjili insanlar axtarırıq.

Tələblər:

  • 18 yaş və yuxarı;
  • Azərbaycan, rus və ingilis dillərini bilmək (əlavə dillər üstünlükdür);
  • Festival müddətində çevik qrafiklə işləməyə hazır olmaq;
  • Kömək etməyə və yeni bacarıqlar öyrənməyə hazır olmaq.