ROMEO CASTELLUCCI İLƏ AÇIQ SÖHBƏT

← Bütün proqram

ROMEO CASTELLUCCI İLƏ AÇIQ SÖHBƏT

Tarix
06 Noyabr
Saat
15:30
Məkan
Daş Salnamə Muzeyi
Müddət
45 dəqiqə
ROMEO CASTELLUCCI İLƏ AÇIQ SÖHBƏT

BIAF proqramında To Carthage then I came performansının nümayişi onun yaradıcısı — müasir səhnə sənətinin aparıcı simalarından biri, italyan rejissoru və rəssamı Romeo Kastelluççi ilə açıq söhbətə başlanğıc nöqtəsi olacaq.

Kastelluççinin yaradıcılığı ənənəvi teatrın sərhədlərini aşır. Onun səhnə əsərlərində vizual obrazlar, səs, hərəkət və məkan özünəməxsus ifadə dili qazanaraq səhnə sənətini qavramağın yeni yollarını açır. Əsərləri dünyanın əllidən çox ölkəsində aparıcı teatrlarda, opera səhnələrində və festivallarda təqdim olunub. Kastelluççi Venesiya Biennalesinin teatr bölməsinə rəhbərlik edib və Avinyon Festivalında assosiativ sənətçi kimi fəaliyyət göstərib.

Açıq söhbət performansla başlanan dialoqu davam etdirərək rejissorun yaradıcılıq metoduna, səhnə obrazlarının mahiyyətinə və yeni bədii ifadə formalarının axtarışına yönələcək.

Dil: İngilis dili

Giriş: To Carthage then I came performansının tamaşaçıları üçün pulsuzdur.

TƏDBİR KEÇİRİLİB

Qalereya

Yaradıcı heyət