Festival Closing Concert

← Bütün proqram

Bağlaniş Konserti

Maksim Vengerov

Tarix
08 Noyabr
Saat
19:00
Məkan
Azərbaycan Dövlət Akademik Filarmoniyası
Müddət
təxminən 90 dəqiqə (antraktla)
Yaş həddi
6+
Bağlaniş Konserti

Dünyanın ən görkəmli skripkaçılarından biri Maksim Vengerov, pianoçu Yevgeniya Startseva və dirijor Fuad İbrahimovun rəhbərlik etdiyi Azərbaycan Dövlət Simfonik Orkestri yüksək sənətkarlıq vəd edən bu gecədə bir araya gələcəklər.

Proqram Dmitri Şostakoviç musiqisinin dərin emosional gərginliyini Rimski-Korsakovun əfsanəvi “Şəhrizad” simfonik süitası ilə birləşdirir. Maksim Vengerovun interpretasiyasında skripka Simfonik orkestrin zəngin çalarları və vüsətli səslənməsi fonunda heyrətamiz dərinlik və ifadəlilik qazanan bir səsə çevrilərək ucalır.

Şərqlə Qərbin qovuşduğu Bakıda “Şəhrizad” xüsusi məna qazanaraq təxəyyül, poeziya və Şərqin əbədi cazibəsi ilə dolu bir dünyanı canlandırır.

Bu konsert BIAF-ın ikinci mövsümünə möhtəşəm yekun vuracaq. Beləliklə, festival başladığı yerdə, yəni Filarmoniyada “Şəhrizad” süitası ilə başa çatır və bizi hər gecə nağılını yarımçıq saxlayaraq həyatını xilas etməyə çalışan Şəhrizadın obrazına qaytarır. Xəzər sahilində keçirilən festivalın Sankt-Peterburqlu bəstəkarın xəyalında yaratdığı Şərq ilə başa çatmasında incə bir ironiya var: əsər belə təsəvvürlərə öz gerçəkliyi ilə cavab verməyə alışmış bir şəhərdə səslənir.

Min bir gecə: nağıl davam edir...

PROQRAM

I HİSSƏ

César Franck
La major skripka və fortepiano üçün sonata, FWV 8
I. Allegretto ben moderato | II. Allegro | III. Recitativo–Fantasia: Ben moderato – Molto lento | IV. Allegretto poco mosso

Dmitri Shostakovich
Op. 34-dən on prelüd
Skripka və fortepiano üçün Dmitri Tsyganov tərəfindən işlənmişdir.

II HİSSƏ

Nikolai Rimsky-Korsakov
Şəhrizad, simfonik süita, Op. 35
Skripka solosu: Maxim Vengerov

Fikrət Əmirov
Azərbaycan kapriççiosu

TƏDBİR KEÇİRİLİB

Qalereya

Yaradıcı heyət

Dirijor

Fuad Ibrahimov — conductor

Orkestr

Azerbaijan State Symphony Orchestra

Solistlər

Maxim Vengerov — violin
Evgenia Startseva — piano