Devid Qarrett
← Bütün proqramDevid Qarrett
Millennium Symphony
- Tarix
- 04 Noyabr
- Saat
- 20:00
- Məkan
- Heydər Əliyev Mərkəzi
- Müddət
- təxminən 2 saat (antrakt ilə)
- Yaş həddi
- 12+

Müasir krossover (sintez) istiqamətinin öncüllərindən biri və müstəsna virtuoz kimi tanınan Devid Qarret dünyanın aparıcı dirijor və orkestrləri ilə ən mürəkkəb klassik əsərləri ifa edərkən və ya stadionları coşduran rok hitlərini səsləndirərkən, özünü eyni dərəcədə sərbəst hiss edir.
D. Qarrettin krossover (sintez) üslubunun əsasında ciddi klassik təhsil dayanır. Nyu-Yorkun nüfuzlu Juliard (Juilliard) İncəsənət Məktəbində İtsak Perlmanın (Itzhak Perlman) sinfində təhsil alan sənətçi klassik ənənəni öz dövrünün musiqisi ilə dialoqa gətirməyi şüurlu bədii seçimə çevirib. O, iki ayrı janr arasında keçid etmir; klassik virtuozluğu məqsədyönlü şəkildə pop və rok musiqisinin enerjisi ilə birləşdirir. Bu yanaşma qarşılaşma, dialoq və müxtəlif sənət dünyalarının qovuşması üzərində qurulan BIAF-ın ikinci mövsümünün konsepsiyası ilə səsləşir.
BIAF-da Devid Qarrett Sofiya Qubaydulina adına Müasir Musiqi Mərkəzinin Orkestri ilə birlikdə “Minilliyin simfoniyası” (“Millennium Symphony”) proqramını təqdim edəcək. O, bu proqramı şəxsi krossover (sintez) təkamülünün növbəti mərhələsi hesab edir. Günümüzdə simfonik musiqi ilə populyar mədəniyyəti bu qədər təbii və geniş miqyasda birləşdirə bilən sənətçilərə az rast gəlmək olur.
Proqram pop, rok, klassik və kino musiqisinin ən məşhur ifaçı və bəstəkarlarının əsərlərini janr sərhədlərini aşan irimiqyaslı və özünəməxsus bir retrospektivdə bir araya gətirir. Bu, “The White Stripes”, Beyons, “Maroon 5”, Şon Mendes, Harry Stayls, “Tones and I” (Toni Vatson), Hozier, dicey Aviçi (Avicii), Ed Şiran, Luis Fonsi və Deddi Yanki (Daddy Yankee), “Rammstein”, “The Weeknd”, Rihanna, “Destiny’s Child”, “Måneskin”, “Nirvana”, “Aerosmith”, Maykl Cekson, Lüdviq van Bethoven, Hans Zimmer, Devid Getta və Teylor Svift kimi musiqisi nəsillərin zövqünü formalaşdırmış ifaçı və bəstəkarlara simfonik ehtiram əlamətidir.
I HİSSƏ
The White Stripes — Seven Nation Army
Beyoncé — Naughty Girl
Maroon 5 — Moves Like Jagger
Shawn Mendes — Señorita
Harry Styles — As It Was
Tones and I — Dance Monkey
Hozier — Take Me to Church
Avicii — Wake Me Up
Ed Sheeran — The Joker and the Queen
Luis Fonsi — Despacito feat. Daddy Yankee
Rammstein — Mein Herz Brennt
Ed Sheeran — Shape of You
II HİSSƏ
The Weeknd — Blinding Lights
Rihanna — Russian Roulette
Destiny’s Child — Survivor
Måneskin — The Loneliest
Poppuri
Nirvana — Smells Like Teen Spirit
Aerosmith — Walk This Way
Michael Jackson — Smooth Criminal
Lüdviq van Bethoven — 5-ci simfoniya
Hans Zimmer — He’s a Pirate
David Guetta — Titanium
Taylor Swift — Shake It Off
Qalereya



Treyler
Yaradıcı heyət
Orkestr
Sofiya Qubaydulina adına Müasir Musiqi Mərkəzinin Orkestri