SHAHAR BINYAMINI İLƏ MÜASİR RƏQS ÜZRƏ USTAD DƏRSİ

← Bütün proqram

SHAHAR BINYAMINI İLƏ MÜASİR RƏQS ÜZRƏ USTAD DƏRSİ

Tarix
06 Noyabr
Saat
11:00–12:00
Məkan
YARAT Müasir İncəsənət Mərkəzi

Hərəkət, bədən plastikası və bədii ifadə arasındakı əlaqənin araşdırılmasına həsr olunan bu ustad dərsi peşəkar rəqqasları beynəlxalq səviyyədə tanınmış xoreoqraf, rəqqas və bədii rəhbər Shahar Binyamininin rəhbərliyi altında yaradıcılıq imkanlarını yeni istiqamətlərdə kəşf etməyə dəvət edir.

Məşhur Batsheva Dance Company truppasının keçmiş üzvü olan Binyamini dünyanın aparıcı rəqs kollektivləri, o cümlədən Paris Opera Ballet, Ballet BC, Norrdans, Ballet du Rhin və São Paulo Dance Company ilə əməkdaşlıq edib. Onun yaradıcılıq fəaliyyəti rəqs sənətinin hüdudlarından kənara çıxaraq elm və musiqi sahələrini əhatə edən fənlərarası layihələri də birləşdirir.

Ustad dərsi iştirakçılara Binyamininin özünəməxsus yaradıcılıq yanaşması ilə tanış olmaq, yeni hərəkət imkanlarını araşdırmaq, ənənəvi hərəkət vərdişlərindən kənara çıxmaq və müasir rəqs sənətinə fərqli baxış bucağından yanaşmaq imkanı yaradacaq.

Ustad dərsi müxtəlif peşəkar təcrübəyə malik rəqqaslar üçün nəzərdə tutulub.

Qeydiyyat bağlanıb.

TƏDBİR KEÇİRİLİB

Qalereya

Yaradıcı heyət