Festival haqqında
Festivalın məqsədi mədəni mübadiləni təşviq edən, müxtəlif icmaları birləşdirən və Bakının beynəlxalq mədəniyyət mərkəzi kimi mövqeyini gücləndirən platforma yaratmaqdır. Festival Heydər Əliyev Fondunun və Azərbaycan Mədəniyyət Nazirliyinin dəstəyi ilə keçirilir.
Festival proqramında teatr, musiqi, rəqs və opera ulduzları, unikal əməkdaşlıqlar, premyeralar və etnik layihələr yer alır. Festival klassika ilə müasirliyi, dünya şah əsərləri ilə Azərbaycanın mədəni irsiini birləşdirərək ənənə və innovasiya, Şərq və Qərb dialoqu üçün məkan yaradır.
Festival tədbirləri şəhərin ən yaxşı məkanlarında, o cümlədən Heydər Əliyev Mərkəzində, Müslüm Maqomayev adına Dövlət Filarmoniyasında, Azərbaycan Milli Dram Teatrında, Azərbaycan Dövlət Musiqili Teatrında və digər məkanlarda keçirilir.